826) Qarayara çöplərinə xas koloniya hansıdır?
A) Qırışlı, şir başına oxşar
B) Dalğavari
C) Parlaq, civə damcısına oxşar
D) Şeh damlasına oxşar
E) Hamar
- Qırışlı, şir başına oxşar
Ətli - peptonlu aqarda qırışlı, burulmuş saça və ya şir başına oxşar koloniyalar əmələ gətirirlər.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 256
827) Brüselyoz törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Xırda, kokabənzər bakteriyalardır
B) Ucları dairələnmişdir
C) Təbil çubuğuna oxşar
D) Ucları kəsilmiş
E) Sancaq şəkillidir
- Xırda, kokabənzər bakteriyalardır
Brüsellalar, xırda, kokabənzər bakteriyalardır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 248
Dostları ilə paylaş: |