828) Brüselyozun diaqnozunda hansı reaksiya qoyulur?
A) Vasserman
B) Vidal
C) Askoli
D) Rayt
E) Pirke
- Rayt
Rayt aqqlütinasiya reaksiyası qoyulur.
Ədəbiyyat: H.H.İbrahimov,S.Q. Orucov, A.B. Şükürov, K.İ. Əhmədova, L.H. İsmayılova. “Mikrobiologiya və mikrobioloji müayinə üsulları. Bakı .2003. Səh. 282
829) Brüselyoz zamanı hansı sınaqlar qoyulur?
A) Bürne
B) Mantu
C) Dik
D) Şik
E) Pizu
- Bürne
Yüksək allergiya halını müəyyən etmək üçün xəstəliyin 15 - 20 - ci günündən başlayaraq dəri - allergiya reaksiyası - Bürne sınağı qoyulur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 205
Dostları ilə paylaş: |