858) Seroloji müayinə aparmaq üçün venadan nə qədər qan götürülür?
A) 1ml
B) 5ml
C) 0,3ml
D) 2 - 3ml
E) 0,5ml
2 - 3ml
Seroloji müayinə aparmaq üçün şprislə dirsək venasından, bəzən barmaqdan 2 - 3 ml qan götürülür, sonra onun zərdab hissəsi ayrılır. Bunun üçün qan yığılmış steril sınaq şüşəsinin ağzı tıxacla bağlanır, ya 370 - li termostatda, ya da su hamamında 20 - 30 dəqiqə saxlanılır ki, qan laxtalansın.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
859) Bakterioloji müayinə üçün venadan nə qədər qan götürülür?
A) 1ml
B) 2ml
C) 3ml
D) 4ml
E) 5 - 10ml
5 - 10ml
Bakterioloji müayinə üçün qan dirsək venasından 5 - 10ml həcmində götürülməlidir. Bunun üçün steril şpislə qan götürüb içərisində steril şəkərli bulyon, 10% - li ödlü bulyon və ya Rappoport mühiti olan flakona tökürlər.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
860) Bakterioloji müayinə üçün götürülən müayinə materialı götürülən andan laboratoriyaya hansı müddətdə çatdırılmalıdır?
A) 3 saat
B) 4 saat
C) 1 saat
D) 2 saat
E) 5 saat
2 saat
Müayinə materilarının seçilməsi, hansı orqanın zədələnməsindən, törədicinin bioloji xüsusiyyətlərindən asılıdır. Müayinə materialı steril alətlə götürülür, steril qablara yığılır. Hər bir qaba yalnız bir xəstənin hər hansı bir materialı götürülməli, üstündə günün tarixi, materialın adı və xəstənin familiyası qeyd olunmalıdır. Materialın düzgün yığılması və çatdırılması mikrobioloji müayinənin effektliyini təmin edir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
Dostları ilə paylaş: |