862) İmmunpreparatlar harada saxlanılır?
A) Quru yerdə
B) Qaranlıq yerdə
C) Soyuducuda
D) Termostatda
E) Ayrıca, xüsusi yerdə
Soyuducuda
Hazırda əksər vaksinlər immonogenlik xassəsini itirmədən uzun müddət saxlanmaq məqsədi ilə qurudulmuş formada buraxılır. Vaksinlər alcaq temperaturda vakuum şəraitində qurudulur.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 164
863) “Mirvari boyunbağı” testinin qoyuluşunda hansı antibiotikdən istifadə edilir?
A) Streptomisin
B) Tetrasiklin
C) Ampisillin
D) Bisillin
E) Penisillin
Penisillin
Penisillin qatılmış aqar səthindəki “R”formalı koloniyadan yaxma hazırlayıb, Qram üsulu ilə rənglədikdə həqiqi qarayara çöplərinin öz formasını dəyişərək dəyirmiləşdiyi və muncuq şəklində bir - birinin ardınca düzülməsi müşahidə olunur. (Mirvari boyunbağı sindromu).
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 201
Dostları ilə paylaş: |