911) Askaridin sürfələrinin ağciyərdə inkişaf mərhələsinın diaqnozu hansı materialın müayinəsinə əsasən qoyulur?
A) Nəcis
B) Bəlğəm
C) Sidik
D) Qan
E) Limfa mayesi
- Bəlğəm
Bir çox helmintlər həmçinin askarid ilk inkişafını yəni sürfə mərhələsini ağciyər alveolalarında keçirir. Burada sürfələr oksigenlə qidalanır. Invazion hala keçərək yenidən ağıza düşür və udulur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 102.
912) Entomoeba Coli - nin vegetativ formasını xarakterizə edən əlamətlər hansılardır?
A) Sista əmələ gətirmir
B) Nüvəsi görünmür
C) 12 barmaq bağırsaqla qidalanır
D) Ölçüsü 40 - 80 mkm - dir
E) Sitoplazmasında göbələk, mikroorqanizmlər, qida hissəcikləri olur, eritrositlər olmur
- Sitoplazmasında göbələk, mikroorqanizmlər, qida hissəcikləri olur, eritrositlər olmur
Entomoeba Coli yoğun bağırsaqda qidalanır. Ölçüsü 20 - 40 mkm - dir. Sitoplazmasında mikroorqanizmlər, göbələklər, qida hissəcikləri olur. Lakin eritrosit olmur. Canlı amöbün nüvəsi yaxşı görünür. Sistaları iridir və yetkin sistada 8 nüvə olur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 21.
Dostları ilə paylaş: |