907) Aşağıdakı helmintlərdən hansı qaraciyərin öd yollarında parazitlik edir?
A) Fassiola
B) Paraqonium
C) Nanotiet
D) Bizquyruq
E) Şistosom
- Fassiola
Adı çəkilən helmintin 2 növü var. Nəhəng və adi. Nəhəng 7 sm, adi növü isə 3 sm - dir. Yastı yarpaq formasındadır. Fassiola biohelmintdir, xaric olmuş yumurtaların sonrakı inkişafı suda gedir. Yoluxma invazion sürfələrlə baş verir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 67.
908) Hansı zənginləşdirmə üsulunun tətbiqi zamanı helmint yumurtalarını aşkar etmək üçün həm məhlul, həm də çöküntü tədqiq edilir?
A) Berman
B) Fülleborn
C) Kalantaryan
D) Kato
E) Çökdürmə
- Fülleborn
Adları çəkilən üsullardan helmint yumurtalarını aşkar etmək üçün istifadə olunur. Fülleborn üsulunun yerinə yetirilməsi ucuz və əlverişlidir. Məhlul olaraq - doymuş NaCl məhlulu götürülür. Müayinə zamanı 4 - ü məhlulun üst səthindən, 2 - i çöküntüdən olmaqla 3 əşya şüşəsi üzərində 6 preparat hazırlanır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 174.
909) Buğumunun eni uzunluğundan çox olan, ölçüsü 10 - 12 metr olan helmint hansıdır?
A) Kiçik lent qurdu
B) Enli lent qurdu
C) Donuz teniyası
D) Öküz teniyası
E) Exinokokk
- Enli lent qurdu
Enli lent qurdu lentşəkillilərin ən irisidir. Xərçənglər və balıqlar qurdun aralıq sahibidir. İnsan baliq ətini yaxşı bişirməmiş halda yedikdə qurdun sürfələri ilə yoluxur. Insanın bağırsağında yetkin mərhələsi qidalanır. Qurd 10 - 12 m - dir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 76.
Dostları ilə paylaş: |