939) Ibtidailər aşkar etmək üçün “asılan damla” üsulunu yerinə yetirərkən istifadə olunan məhlul hansıdır?
A) Spirt
B) Kapron turşusu
C) Efir
D) NaCl –in izotonik məhlulu
E) Qliserin
– NaCl –in izotonik məhlulu
“Asılan damla” üsulunu yerinə yetirərkən NaCl –in izotonik məhlulu sınaq şüşəsində qızdırılır. Ondan bir damla örtük şüşəsinin üzərinə qoyulur. Tədqiq ediləcək materialdan kiçik bir hissə məhlulun mərkəzinə yerləşdirilir. Örtük şüşəsi çevrilir və ortası çökük əşya şüşəsi üzərinə qoyulur, mikroskopda tədqiq edilir.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр. 160
940) Suyun yüksək qələvi reaksiyası (PH 7,3 və çox) zamanı yaxma hansı rəngə boyanır?
A) Tünd göy
B) Bənövşəyi
C) Bozumtul - yaşıl, mavi
D) Qırmızı
E) Çəhrayı
– Bozumtul - yaşıl, mavi
Boyağın keyfiyyətinə distillə suyu reaksiyası təsir göstərir. ən yaxşı reaksiya suyun zəif qələvi reaksiyasında (PH - 7,1 - 7,2) alınır. Su yüksək qələvi reaksiyalı olarsa yaxmalar keyfiyyətsiz alınır və bozumtul –yaşıl və ya mavi rəngə boyanır. Yüksək qələvi reaksiyalı suya 10% - li sirkə turşusu məhlulu əlavə edilir və lazım olan reaksiya alınır.
Ədəbiyyat: Д.Е.Генис. «Медицинская паразитология». Москва 1991«Медицина» 1991 Стр.
Dostları ilə paylaş: |