121) Meninqokokk infeksiyasında aşağıdakılardan hansı infeksiya mənbəyidir?
A) Gəmiricilər
B) Xəstə insanlar
C) Xəstə quşlar
D) Xəstə heyvanlar
E) Həşəratlar
Meninqokokk infeksiyasında xəstə insanlar infeksiya mənbəyi sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 306
122) Vərəm xəstəliyində infeksiya mənbəyiaşağıdakılardan hansıdır?
A) Hava
B) Xəstə insan, heyvan
C) Xəstə heyvan, gəmiricilər
D) Həşəratlar
E) Bəlğəm
Vərəm xəstəliyində infeksiya mənbəyi xəstə insan, heyvan sayılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 315
123) Vərəmin yayılmasında hansı amillər iştirak edir?
A) Həşəratlar
B) İnyeksiya alətləri
C) Öd
D) Selik hissəcikləri, toz
E) Qan
Vərəmin yayılmasında əsasən selik hissəcikləri, toz iştirak edir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 316
Dostları ilə paylaş: |