115) Göyöskürək törədicisinin yayılma yolları hansıdır?
A) Yoluxmuş əşyalar vasitəsilə
B) Hava - toz
C) Su vasitəsilə
D) Hava - damcı
E) Qida vasitəsilə
Göyöskürək xəstəliyinin törədicisi hava - damcı yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 148
116) Göyöskürəkdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə insan və bakteriya gəzdirənlər
B) Xəstə heyvanlar
C) Hava
D) Torpaq
E) Xəstə quşlar
Göyöskürəkdə infeksiya mənbəyi xəstə insan və bakteriya gəzdirənlər sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 147
117) Göyöskürək ocağında hansı tədbirlər aparılır?
A) Profilaktiki dezinfeksiya
B) Yekun (son) dezinfeksiya
C) Cari dezinfeksiya
D) Nəm üsulla təmizləmə, havanın dəyişdirilməsi
E) Dezinfeksiya
Göyöskürək ocağında nəm üsulla təmizləmə, havanın dəyişdirilməsi tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 148
Dostları ilə paylaş: |