135) Diri parotit vaksini planlı qaydada uşağa nə vaxt vurulur?
A) 2, 3, 4 ayında
B) 10 yaşda
C) 12 aylıqda
D) 18 ayında
E) Uşağın həyatının ilk 24 saatında
Diri parotit vaksini planlı qaydada uşağa 12 aylıqda vurulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 112
136) Epidemik parotitdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Hava
B) Xəstə quşlar
C) Xəstə heyvan
D) Pişik, it
E) Xəstə insan
Epidemik parotitdə infeksiya mənbəyi xəstə insandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 156
137) Su çiçəyi ilə ən çox kimlər xəstələnir?
A) Yeniyetmələr
B) 5 - 9 yaşlı uşaqlar
C) 30-40 yaşlı şəxslər
D) Qocalar
E) 12 - 14 yaşlı uşaqlar
Su çiçəyi xəstəliyi ilə ən çox 5 yaşdan 9 yaşa qədər olan uşaqlar xəstələnir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 363
Dostları ilə paylaş: |