164) Malyariya ocağında hansı tədbirlər aparılır?
A) Təmasda olanların təcrid edilməsi
B) Vaksinasiya
C) Nəm üsulla təmizləmə
D) Otağın havasının dəyişdirilməsi
E) Təcili kimyəvi profilaktika
Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün təcili kimyəvi profilaktika tətbiq edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 221
165) Gəmidə taun xəstəsi aşkar edildikdə hansı tədbirlər aparılır?
A) 6 günlük karantin, təcili profilaktika və deratizasiya
B) 5 günlük karantin və bakterioloji müayinə
C) Təcili profilaktika
D) Deratizasiya və 5 günlük karantin
E) Bakterioloji müayinə və 6 günlük karantin
Gəmidə taun xəstəsi aşkar edildikdə 6 günlük karantin, təcili profilaktika və deratizasiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 241
Dostları ilə paylaş: |