159) Malyariya necə xəstəlikdir?
A) Helmintoloji
B) Göbələk
C) Bakterial
D) Virusoloji
E) Parazitar
Malyariya parazitar xəstəlikdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 209
160) Malyariya xəstəliyi hansı infeksiyalara aiddir?
A) Xarici örtük infeksiyasına
B) Bağırsaq infeksiyasına
C) Qan infeksiyasına
D) Tənəffüs infeksiyasına
E) Sapronoz infeksiyasına
Malyariya xəstəliyi qan infeksiyalarına aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 210
161) Malyariyanın yoluxma mexanizmi hansıdır?
A) Fekal - oral
B) Aerogen
C) Torpaq
D) Təmas
E) Transmissiv
Malyariyanın yoluxma mexanizmi transmissiv yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 211
162) Malyariya xəstəliyi zamanı profilaktik tədbirlər kompleksinə nə daxildir?
A) Deratizasiya
B) Keçiricilər ilə mübarizə
C) Xəstə heyvanların vaxtında aşkar edilməsi və sanasiyası
D) Dezinfeksiya
E) Vaksinoprofilaktika
Malyariya xəstəliyi zamanı profilaktik tədbirlər kompleksinə keçiricilər ilə mübarizə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 221
163) Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün nə tədbiq edilir?
A) İmmunoqlobulin
B) Bakteriofaq
C) Vaksin
D) Anatoksin
E) Fərdi kimyəvi profilaktika
Malyariyaya görə təhlükəli olan ərazilərə gedən insanların mühafizəsi üçün fərdi kimyəvi profilaktika tətbiq edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 218
Dostları ilə paylaş: |