Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Məxmərəyin profilaktikasında nədən istifadə edilir?



Yüklə 1,44 Mb.
səhifə55/445
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#44037
1   ...   51   52   53   54   55   56   57   58   ...   445
2013-05-14 09-35-36 cavab suallar-1

147) Məxmərəyin profilaktikasında nədən istifadə edilir?
A) İnterferon

B) Qammaqlobulin, vaksin

C) Bakteriofaq

D) Antibiotik

E) Dimedrol
Məxmərəyin profilaktikasında qammaqlobulin və vaksindən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 154
148) Məxmərəyin profilaktikası məqsədilə hamilə qadınlara aşağıdakılardan hansı yeridilir?
A) Euvaks

B) AGDT


C) QPM

D) Qammaqlobulin

E) OPV
Məxmərəyin profilaktikasında hamilə qadınlara qammaqlobulin və Rudivak vaksini yeridilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 154
149) Su çiçəyinin törədiciləri başqa hansı xəstəliyi törədir?
A) Kəmərləyici dəmrovu

B) Skarlatinanı

C) Raxiti

D) Anemiyanı

E) Trixosefalyozu
Su çiçəyi xəstəliyinin törədiciləri kəmərləyici dəmrov xəstəliyini törədir.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 359
150) 10 nəfərin difteriyaya görə müayinəsi zamanı material götürmək üçün neçə ədəd tampon sifariş etmək lazımdır?
A) 30 ədəd

B) 20 ədəd

C) 25 ədəd

D) 15 ədəd

E) 10 ədəd
10 nəfərin difteriyaya görə müayinəsi zamanı material götürmək üçün 20 ədəd tampon sifariş etmək lazımdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 144
151) Oktyabr ayının 20-sində də üzündə səpkilər əmələ gələn uşağa qızılca diaqnozu qoyulub ?İnfeksiya mənbəyi kimi o nə vaxtdan təhlükəli sayılır?
A) Oktyabrın 10 - dan, yəni inkubasiya dövrünün sonuncu günündən

B) Səpki əmələ gələn gündən, yəni 20 oktyabrdan

C) Prodromal və inkubasiya dövrünün sonuncu günü də yoluxucu olduğuna görə oktyabr ayının 15 - dən

D) Səpki keçdikdən sonra

E) Prodromal dövrdən, yəni 18 oktyabrdan
Qızılca xəstəliyində prodromal və inkubasiya dövrünün sonuncu günündə yoluxucu olduğunu nəzərə alsaq xəstə uşaq infeksiya mənbəyi kimi ətrafdakılar üçün oktyabr ayının 15 - dən təhlükəli sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 127


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin