170) Taun ocağından qayıdan turistə qarşı aparılan tədbirlər nədən ibarətdir?
A) 6 günə nəzarət altında olmalı
B) Heç bir tədbir aparılmır
C) 6 günə ev şəraitində təcrid etmək
D) Hava limanında tibb məntəqəsində təcrid etmək
E) 6 günə boksda hospitallaşdırılması
Taun ocağından qayıdan turisti 6 günə boksda hospitallaşdırırlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 243
171) Diri tulyaremiya vaksini hansı şəxslərə yeridilir?
A) Tulyaremiya cəhətdən ekzotik ərazilərdə işləyən geoloqlara, ovçulara, meşə tədarükçülərinə
B) 18 yaşına qədər şəxslərə
C) Tulyaremiyalı xəstə ilə təmasda olan şəxslərə
D) Bütün əhaliyə
E) 18 yaşdan yuxarı şəxslərə
Diri tulyaremiya vaksinini tulyaremiya cəhətdən ekzotik ərazilərdə işləyən geoloqlara, ovçulara, meşə tədarükçülərinə vururlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 246
Dostları ilə paylaş: |