175) Hansı halda B virus hepatitinə yoluxmaq olar?
A) Qida məhsulları ilə
B) Hovuzda çimən zaman
C) Su vasitəsilə
D) Qan köçürmə zamanı
E) Ağcaqanad dişlədikdə
B virus hepatitinə qan köçürmə zamanı yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
176) B hepatitinin immunizasiyasında nədən istifadə edilir?
A) Cansız vaksin
B) Rekombinə edilmiş kimyəvi vaksin
C) Diri (canlı) vaksin
D) Anatoksin
E) İnterferon
B hepatitinin immunizasiyasında rekombinə edilmiş kimyəvi vaksindən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 203
Dostları ilə paylaş: |