248) C virus hepatitində yoluxma mexanizmi necədir?
A) Parenteral, cinsi
B) Aerogen
C) Fekal - oral
D) Qan soran həşəratlar
E) Məişət – kontakt
C virus hepatitində yoluxma mexanizmi parenteral və cinsi yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 205
249) Dezinfeksiya hansı məqsədlə aparılır?
A) Buğumayaqlıların məhv edilməsi
B) Ev və vəhşi quşların məhv edilməsi
C) Xarici mühitdə patogen mikrobların məhv edilməsi
D) Gəmiricilərin məhv edilməsi
E) Heyvanların məhv edilməsi
Xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xarici mühitdə patogen mikrobların məhv edilməsinə dezinfeksiya deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 99
Dostları ilə paylaş: |