Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?



Yüklə 1,44 Mb.
səhifə87/445
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#44037
1   ...   83   84   85   86   87   88   89   90   ...   445
2013-05-14 09-35-36 cavab suallar-1

234) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?
A) Dizenteriya

B) Toksoplazmoz

C) B viruslu hepatiti

D) İ İ V infeksiyası

E) Məxmərək
Dizenteriya xəstəliyi fekal - oral yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 173
235) Vertikal yoluxma mexanizmi ilə törədicinin yayılması necə baş verir?
A) Yoluxmuş torpaqdan

B) Məişət tozları vasitəsilə

C) Anadan dölə

D) Yoluxmuş sudan

E) Yoluxmuş tərəvəzdən
Vertikal yoluxma mexanizm dedikdə törədicinin yayılması anadan dölə baş verir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 38
236) Hansı xəstəlik sapronoz infeksiyalara aiddir?
A) Legionelyoz

B) Difteriya

C) A viruslu hepatit

D) Enterobioz

E) Eşerixoz
Leqionelyoz xəstəliyi sapronoz infeksiyalarına aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 36
237) Xəstə insan infeksion xəstəliyin hansı dövrlərində ətraf mühit üçün təhlükəli deyil?
A) Bütün inkubasiya dövrü ərzində

B) İnkubasiya dövrünün son günündə

C) Xəstəliyin kəskin dövründə

D) Klinik əlamətlərin ilk meydana çıxdığı dövrdə

E) Qızdırma dövründə
Xəstə insan infeksion xəstəliyin inkubasiya dövrünün bütün müddəti ərzində ətraf mühit üçün təhlükəli deyil.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 33
238) Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə nə aid deyil?
A) Qida məhsullarının hazırlanması, saxlanması və istifadəsi üzərində sanitar-baytar nəzarəti

B) Əhalinin immunoprofilaktikası

C) Heyvanların saxlanması və kəsilməsi üzərində –sanitar- baytar nəzarəti

D) Anbarlarda dezinfeksiya işləri

E) Xəstəxanadaxili salmonelyozun xəbərdarlığı üçün stasionarlarda sanitar – gigiyenik qaydaların və əksepidemik rejimin gözlənməsi
Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə əhalinin immunoprafilaktikası aid deyil.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 471
239) İ İ V infeksiyasının simptomsuz forması ilə yoluxmuş uşağa hansı vaksini yeritmək olmaz?
A) Vərəm əleyhinə vaksini

B) Parotit vaksini

C) Qızılca vaksini

D) AGDT vaksini

E) ADT vaksini
İ İ V infeksiyasının simptomsuz forması olan uşağa vərəm əleyhinə vaksinini vurmaq olmaz.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 2. Vaksinlər, səh 22


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin