Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) İ İ V infeksiyası ilə yoluxma nə vaxt baş verir ?



Yüklə 1,44 Mb.
səhifə84/445
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#44037
1   ...   80   81   82   83   84   85   86   87   ...   445
2013-05-14 09-35-36 cavab suallar-1

227) İ İ V infeksiyası ilə yoluxma nə vaxt baş verir ?
A) Hovusda çimən zaman

B) Ağcaqnad dişlədikdə

C) Yoluxmuş anadan dölə, süd vermə zamanı

D) Xəstənin qab – qacağından,darağından istifadə etdikdə

E) Xəstə ilə əllə görüşdükdə
İ İ V infeksiyası ilə yoluxmuş anadan dölə, döşlə əmizdirmə zamanı yoluxmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
228) Vəbaya görə əlverişsiz ölkədən gələn turist hal - hazırda sağlamdır. Ona qarşı hansı tədbir aparılmalıdır?
A) Əksepidemik tədbirlər aparılmır

B) Bakerioloji müayinə edilir

C) Əks epidemik tədbirlər aparılır

D) Yaşayış yerində 5 gün müddətinə nəzarətdə saxlanılır

E) 5 günə boksda hospitallaşdırılır
Vəbaya görə əlverişsiz ölkədən gələn sağlam turistə qarşı əksepidemik tədbirlər aparılmır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 187
229) 4 aylıq uşaq doğum evində vərəm əleyhinə vaksin almayıb. Bu vəziyyətdə ona qarşı hansı tədbir aparılır?
A) 7 yaşından sonra qədər petvənd etmək lazımdır

B) Kliniki müayinədən sonra peyvənd etmək lazımdır

C) Vərəm əleyhinə peyvəndi AGDT və poliomielit vaksinasiyasından sonra aparmaq lazımdır

D) Dərhal peyvənd etmək lazımdır

E) Mantu sınağı mənfi olduqda kliniki müayinədən sonra peyvənd aparmaq lazımdır
Doğum evində vərəm əleyhinə vaksini almayan uşağa Mantu sınağı qoyulur və cavab mənfi olduqda kliniki müayinədən sonra ona peyvənd aparmaq olar.
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”, Modul 1. İdarəolunan xəstəlliklər. 2007, səh 12


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin