221) İ İ V infeksiyasının törədicisi nədir ?
A) Rikketsiyalar
B) Göbələkllər
C) İbtidailər
D) Bakteriya
E) Virus
İ İ V infeksiyasının törədicisi virusdur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 223
222) İ İ V infeksiyasının yayılma yolları necədir ?
A) Fekal – oral
B) Məişət – təmas
C) Qida məhsulları vasıtəsilə
D) Su, torpaq vasitəsilə
E) Parenteral, cinsi
İ İ V infeksiyası parenteral və cinsi yola yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
223) İ İ V infeksiyasıda infeksiya mənbəyi aşağıdakılardan hansıdır ?
A) Su
B) Xəstə insanlar
C) Balıqlar
D) Gəmiricilər
E) Kənd təsərrüfatı heyvanları
İ İ V infeksiyasının mənbəyi xəstə insanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
224) İlin hansı aylarında İ İ V infeksiyası ilə yoluxmaya daha çox təsadüf edilir ?
A) Payız - qış
B) Qış - yaz
C) Yay - payız
D) Yaz –yay
E) Fəsillik xarakterik deyil
İ İ V infeksiyası üçün fəsillik xarakterik deyil.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 225
Dostları ilə paylaş: |