212) Qarayara xəstələrinin hospitalizasiyası nə vaxt aparılır?
A) Kliniki göstəriş əsasında
B) Xəstəlik ilin isti aylarında yayıldıqda
C) Xəstəlik ilin soyuq aylarında yayıldıqda
D) Epidemioloji göstərişə əasən
E) Klinik ağır formada
Qara yara xəstələrinin hospitalizasiyası epidemioloji göstərişə əasən aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 254
213) Qarayara xəstəliyinə qarşı təcili profilaktika kimlərə aparılır?
A) Xəstə insanla təmasda olan şəxsə
B) Qarayara xəstəliyinə yoluxmuş heyvanın kəsilməsində və cəmdəyinin bölünməsində iştirak edən şəxslərə
C) Öz üzərində gənə qoparmış şəxsə
D) 55 yaşa qədər olan şəxslərə
E) Yay düşərgəsinə gedən uşaqlara
Qara yara xəstəliyinə qarşı təcili profilaktika qara yara xəstəliyinə tutulmuş heyvanın kəsilməsində və cəmdəyinin bölünməsində iştirak edən şəxslərə aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 255
Dostları ilə paylaş: |