206) Qara yara əleyhinə hansı vaksin istifadə edilir?
A) Anatoksin
B) Diri
C) Rekombinat
D) Cansız (ölü)
E) Kimyəvi
Qara yara əleyhinə diri vaksindən istifadə olunur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 255
207) Qara yara xəstəliyinin törədicisi nədir?
A) Virus
B) Helmint
C) Bakteriya
D) Göbələk
E) İbtidai
Qara yara xəstəliyinin törədicisi bakteriyalardır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 248
208) Qara yara xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansı sayılır?
A) Xəstə insanlar
B) İri və xırda buynuzlu heyvanlar
C) Həşəratlar
D) Gəmiricilər
E) Quşlar
Qara yara xəstəliyində infeksiya mənbəyi iri və xırda buynuzlu heyvanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 248
Dostları ilə paylaş: |