230) Epidemik prosesin bioloji amilinə nə aid deyil?
A) İnsanların yaşı
B) İqlim
C) İmmunitetin vəziyyəti
D) İnsanların fiziki vəziyyəti
E) İnsanların cinsi mənsubiyyəti
Epidemik prosesin bioloji amilinə insanların fiziki vəziyyəti, cinsi, yaşı, immunitetin vəziyyəti və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 52
231) Epidemik prosesin təbii amilinə hansı aid deyil?
A) Məktəbəqədər uşaq müəssisələri
B) Flora və fauna
C) Təbii fəlakətlər
D) Geofiziki faktorlar
E) İqlim
Epidemik prosesin təbii amilinə iqlim, geofiziki faktorlar, flora və fauna, təbii fəlakətlər və s. aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 48
Dostları ilə paylaş: |