256) Sterilizasiyaya nəzarət üsulu hansıdır ?
A) Ancaq kimyəvi üsulla
B) Ancaq mikrobioloji üsulla
C) Ancaq fiziki üsulla
D) Ancaq bioloji üsulla
E) Bioloji, fiziki, kimyəvi, mikrobioloji
Sterilizasiyaya nəzarət bioloji, fiziki, kimyəvi və mikrobioloji üsulla aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 104
257) Hansı xəstəlik ocaqlarında dezinseksiya aparılır?
A) İersinioz
B) Leptospiroz
C) Bruselyoz
D) Səpkili yatalaq
E) Qara yara
Səpkili yatalaq xəstəliyinin törədicilərini yayan paltar bitlərini məhv etmək üçün ocaqda dezinseksiya tədbirləri aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 208
Dostları ilə paylaş: |