264) Dezinfeksiya kameralarının neçə növü var?
A) 3
B) 6
C) 2
D) 10
E) 4
Dezinfeksiya kameralarının 6 növü (buxar, buxar - hava, buxar - formalin, qaz və elektriklə işləyən, isti - hava) var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
265) Hansı maddələr ratisidə aiddir?
A) Piretrum,xlorofos
B) Xlorofos,neft
C) Neft,skipidar
D) Xloramin, xlorlu əhənq
E) Zookumarın,fosfid sink
Adları çəkilən maddələrdən zookumarın, fosfid sink ratisidə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
266) Mexaniki üsulda nədən istifadə olunur?
A) Lizoldan
B) Tələlərdən
C) Xlorheksedindən
D) Xlorpikrindən
E) Krisitdən
Mexaniki üsulda tələlərdən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
Dostları ilə paylaş: |