273) Epidemik prosesin üçüncü zənciri hansıdır?
A) Yoluxma mexanizmi
B) Yayılma amilləri
C) Yayılma yolları
D) Həssas orqanizm
E) İnfeksiya mənbəyi
Epidemik prosesin üçüncü zənciri həssas orqanizmdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 30.
274) İnfeksion xəstəlik ocağının epidemioloji müayinəsinin məqsədi nədir?
A) Müalicənin təyini
B) İnfeksiya mənbəyi,yoluxma yolları və amilləri,yoluxmaya səbəb olan şərait və ocaq sərhədlərinin müəyyən edilməsi
C) Əhalinin immunlaşdırılması
D) Xəstəliyə səbəb olan törədicinin növünün müəyyən edilməsi
E) Son diaqnozun qoyulması
İnfeksion xəstəlik ocağının epidemioloji müayinəsinin məqsədi infeksiya mənbəyi, yayılma yolları və amillərinin, yoluxmaya səbəb olan şəraiti və ocaq sərhədlərinin müəyyən edilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 56.
Dostları ilə paylaş: |