275) Epidemik ocaq haqqında nə vaxt danışmaq olar?
A) İnsanların kütləvi sürətdə qripə xəstələnməsi zamanı
B) Ətdə salmonella olduqda
C) Suda vəba törədiciləri olduqda
D) Bruselyoz xəstəliyinə tutulmuş heyvanlar olduqda
E) Ocaqda həşəratlar olduqda:
İnsanların kütləvi sürətdə qripə xəstələnməsi zamanı epidemik ocaq haqqında danışmaq olar. İnfeksiya mənbəyinin olduğu yer ,və infeksiyanın yayıla biləcəyi yaxın ətraf mühit epidemik ocaq adlanır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh.56
276) Viruslu hepatit xəstəliyini keçirənlər üzərində dispanser nəzərətini kim aparır?
A) Stasionarın həkim - infeksionisti, sonra isə yoluxucu xəstəliklər kabinetinin həkimi
B) Bakterioloq
C) Rayon GEM - nin həkim - epidimioloqu
D) Sahə tibb bacısı
E) Sahə pediatrı
Viruslu hepatit xəstəliyini keçirənlər üzərində dispanser nəzərətini stasionarın həkim - infeksionisti, sonra isə yoluxucu xəstəliklər kabinetinin həkimi aparır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 95
Dostları ilə paylaş: |