308) Birdəfəlik olmayan şprislərin təmizləmə mərhələləri hansıdır?
A) Dezinfeksiya, sterilizasiyaönü təmizləmə, sterilizasiya
B) Sterilizasiyaönü təmizləmə, dezinfeksiya, sterilizasiy
C) Dezinfeksiya, sterilizasiya
D) Sterilizasiyaönü təmizləmə, dezinfeksiya
E) Sterilizasiyaönü təmizləmə, sterilizasiya
Birdəfəlik olmayan şprislərin təmizləmə mərhələlərinə dezinfeksiya, sterilizasiyaönü təmizləmə, sterilizasiya aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 74
309) Steril olmayan şprislə aparılan inyeksiyadan sonra hansı yerli ağırlaşma baş verə bilər?
A) Dizenteriyaya yoluxmaq
B) Difteriyaya yoluxmaq
C) Vəbaya yoluxmaq
D) İnfiltrat
E) Hava emboliyası
Steril olmayan şprislə aparılan inyeksiyadan sonra infiltrat əmələ gələ bilər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh73
Dostları ilə paylaş: |