437) Südün xüsusi çəkisi hansı cihazla təyin edilir?
A) Ovoskopla
B) Bitirometrlə
C) Laktodensimetrlə
D) Juravlyov aləti ilə
E) Mironenko aləti ilə
Südün xüsusi çəkisi laktodensimetrlə təyin edilir.
Ədəbiyyat: N.Bağırov “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik”. “Maarif” Bakı 1977 səh.90
438) Südün təzə olduğunu təyin etmək üçün hansı müayinələrdən istifadə edirlər?
A) Xüsusi çəkinin, NaCl təyini
B) Xüsusi çəkinin, quru qalığın, yağlılığın, turşuluğun təyini
C) Quru qalığın, NaCl təyini
D) Xüsusi çəkinin, uçucu yağ turşuların təyini
E) Quru qalığın, uçucu yağ turşuların təyini
Südün təzə olduğunu təyin etmək üçün südün xüsusi çəkisinin, quru qalığın, yağlılığın, turşuluğun göstəricilərindən istifadə edirlər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.207
Dostları ilə paylaş: |