588) Üzgüçülük hovuzunun suyunun iyi və dadı neçə baldan artıq olmamlıdır ?
A) 2
B) 6
C) 5
D) 4
E) 3
– 3
Üzgüçülük hovuzuna verilən suyun keyfiyyəti içməli suyun keyfiyyətinə yaxın olmalıdır. Üzgüçülük hovuzlarında suyun iyi və dadı 3 baldan artıq olmamalıdır.
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 293
589) Üzgüçülük hovuzuna verilən suda qalıq xlorun miqdarı nə qədər omalıdır ?
A) 1,2 – 1,5 mq /l
B) 0,3 – 0,5 mq / l
C) 0,5 – 0, 7mq / l
D) 0,9 – 1,2 mq / l
E) 0,7 – 0,9 mq / l
- 0,5 – 0, 7mq / l
Üzgücülük hovuzuna verilən suyun bakterioloji cəhətdən təmiz olması üçün xlorlaşdırma aparılır. Bu zaman suda qalıq xlorun miqdarı 0,5 - 0,7 mq/l olmalıdır.
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 293
590) Aşağıdakı tədbirlıərdən hansı mənzillərdə səs - küyün azalamsına təsir göstərmir ?
A) Mənzilin düzgün planlaşdırılması
B) Binanın texniki qurğularının normal fəaliyyəti
C) Sanitar qoruyucu zonanın olması
D) Mənzil sahəsinin normativlərə uyğun olması
E) Mənzildə səs uducu materiallardan istifadə edilməsi, nəqliyyatda bəzi qadağalar
- Mənzil sahəsinin normalara uyğun olması
Mənzillərdə səs - küyə qarşı mübarizə tədbirləri 3 istiqamətdə aparılır.
1)səs - küyün səbəbinin aradan qaldırılması
2) səs - küyün təcrid olunması‚izolyasiya
3) səs - küyü udan materiallardan istifadə edilməsi
4) mənzillərin səs - küy mənbələrindən aralı yerləşdirilməsi.
Mənzil sahəsinin səs - küyün azalmasına təsiri yoxdur.
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 275
Dostları ilə paylaş: |