759) Bakteriya hüceyrəsində sporun vəzifəsi nədir?
A) Həzm prosesində iştirak edir
B) Uzun müddət mikrobu müdafiə edir
C) İfrazat üzvüdür
D) Hərəkət üzvüdür
E) Çoxalma xarakteri daşıyır
- Uzun müddət mikrobu müdafiə edir
Əlverişsiz şərait yarandıqda (qida, rütubət çatışmadıqda, temperatur kəskin dəyişdikdə) bakteriyaların protoplazması sıxlaşaraq kürəcik və ya silindr şəklində hüceyrənin müəyyən bir nöqtəsinə yığılıb möhkəm bir qişa ilə örtülür ki, bu yeni bakteriya hüceyrəsi spor adlanır. Sporlar uzun illər sağ qalaraq mikrobu müdafiə edir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19 - 20
Dostları ilə paylaş: |