852) Patogen göbələklər insanlarda hansı xəstəlikləri törədir?
A) Brüselloz
B) Leyşmanioz
C) Trixofitiya
D) Toksoplazmoz
E) Lyambliyoz
- Trixofitiya
Trixofitiya - saçqıran, dərinin tüklü, həm də tüksüz yerlərində baş verə bilər.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 378
853) Təmiz kultura nədir?
A) Bir və ya bir neçə mənbələrdən alınmış eyni növlü mikrob kulturasıdır
B) Qidalı mühitdə becərilən mikroorqanizmlərdir
C) Bir mikrob hüceyrəsindən inkişaf edən mikrob populyasiyasıdır
D) Yalnız bir növ mikrob olan kulturadır
E) Bərk qidalı mühitdə mikrobların əmələ gətirdiyi populyasiyadır
- Yalnız bir növ mikrob olan kulturadır
Təmiz mikrob kulturası - hər hansı bir növə mənsub olan mikrobun qidalı mühitdə populyasiyadır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı. 1995. Səh. 12
Dostları ilə paylaş: |