849) Malyariya zamanı müayinə ücün hansı material götürülür?
A) İrin
B) Əsnəkdən selik
C) Qan
D) Qusuntu kütləsi
E) Sidik
Qan
Malyaryanın laboratoriya diaqnostikasında mikroskopik və seroloji üsullardan istifadə edilir. Bu məqsədlə xəstədən qan götürülür. Mikroskopik müayinələr üçün qalın damla və nazik yaxma preparatları hazırlanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 309
850) Toksoplazmozda infeksiya mənbəyi nədir?
A) Ağcaqanadlar
B) Bitlər
C) Pişiklər
D) Gənələr
E) Birələr
Pişiklər
İnfeksiya mənbəyi pişiklər və digər heyvanlardır.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı .1995. Səh. 402
851) Toksoplazmoz törədicisinin morfoloji quruluşu necədir?
A) Uzun çöp
B) Oval ucları şiş
C) Oval ucları burulmuş
D) Aypara və ya portağal dilimi şəklində
E) Ulduz forması
- Aypara və ya portağal dilimi şəklində
Parazitin vegetativ forması aypara və ya portağal dilimi şəklindədir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 400
Dostları ilə paylaş: |