856) Havanın sanitar bakterioloji müayinəsi hansı üsulla aparılır?
A) Sedimentasiya
B) Faqotipaj üsulu
C) Bioloji
D) Brodil
E) Membran filtirlər üsulu
- Sedimentasiya
Havanın sanitar bakterioloji müayinəsi sedimentasiya üsulu ilə aparılır və 1 m3 havada olan mikrobların ümumi miqdarı təyin edilir.
Ədəbiyyat: Ф.К. Черкес, Л.Б. Богоявленская, Н.А.Бельская Микробиология «Медицина» Москва 1987. Səh. 485
857) Nazik qan yaxması necə fiksasiya olunur?
A) 96% - li etil spirtində
B) Turşu buxarı ilə
C) Formalinlə
D) Alov üzərində
E) Asetonla
- 96% - li etil spirtində
Qan yaxmaları havada quruduqdan sonra 96% - li etil spirtində və ya Nikiforov məhlulunda (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 15 dəqiqə, metil spirtində 3 dəqiqə müddətində təsbit edilir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 309
Dostları ilə paylaş: |