190) Qoturluq ocağının müayinəsi zamanı nə müəyyən edilir?
A) Keçmişdə parenteral müdaxilənin olmasını
B) Qan köçürmənin olub - olmaması
C) Xəstənin qidalanma tərzini
D) Suyun keyfiyyətli olması
E) Yuyunmanın tezliyi, fərdi yataq ağının olması, fərdi paltarından istifadə etmə
Qoturluq ocağının müayinəsi zamanı yuyunmanın tezliyini, fərdi yataq ağının olmasını, fərdi paltarından istifadə etmə ehtimalını müəyyən edirlər.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 436
191) Hansı gənə qoturluq xəstəliyini yayır?
A) Arkazi gənəsi
B) Qamazov gənəsi
C) Qırmızıbədən gənə
D) İksoid gənəsi
E) Qoturluq gənəsi
Qoturluq xəstəliyini qoturluq gənəsi yayır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 434
192) Qoturluq xəstəliyi ocağında hansı tədbirlər aparılır?
A) Sterilizasiya
B) Dezinseksiya
C) Dezinfeksiya
D) Havanın dəyişdirilməsi
E) Deratizasiya
Qoturluq xəstəliyi ocağında dezinseksiya tədbirləri aparılır.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 436
Dostları ilə paylaş: |