946) İnsanın difillobotrioza yoluxması necə baş verir?
A) Meyvə tərəvəzlə
B) Çirkli əllərlə
C) Sürfələrlə yoluxmuş balıq əti ilə
D) Mal əti ilə
E) Krab əti ilə
Difillobotrioz enli - lent qurdunun əmələ gətirdiyi xəstəlikdir. İnsan pleroserkoid adlanan sürfələrlə yoluxmuş balıq ətinin yaxşı bişməmiş halda yedikdə yoluxur. Qurd nazik bağırsaqda parazitlik edir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 79
947) Balıqçılar və su təsərrüfatı işçiləri arasında profilaktik tədbirlər hansı helmintoza qarşı aparılır?
A) Nekatoroz
B) Difillobotrioz
C) Askaridoz
D) Enterobioz
E) Trixinelloz
Balıqçılar və sahilyanı zonalarda yaşayan əhalinin əsas qida məhsulu balıq olduğu üçün onlar difillobotrioza daha çox yoluxur. Odurki, bu işçilər arasında profilaktik tədbirlər mütləq aparılmalıdır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 76
Dostları ilə paylaş: |