Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, feldşer diaqnoz məqsədilə hansı üsuldan istifadə edilməlidir?



Yüklə 1,39 Mb.
səhifə419/445
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#46756
1   ...   415   416   417   418   419   420   421   422   ...   445
2013-05-14 09-35-36

948) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, feldşer diaqnoz məqsədilə hansı üsuldan istifadə edilməlidir?
A) Sulman

B) İsupov və Broxorov

C) Qoryaçev

D) Berman

E) Sorğu üsulundan
Teniarinxozlu xəstə həm sərbəst olaraq, həm də defekasiya aktı zamanı öküz teniyasının buğumlarının çıxdığını görür. Buna görə də məntəqəyə müraciət edən xəstədən ilk növbədə qurdun yetkin buğumlarının sərbəst olaraq çıxması haqqında soruşur və xəstənin dediklərinə əsasən ilk diaqnozu qoyur.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 83
949) Profilaktik tədbir olaraq hansı helmintoz zamanı otun, yem sahələrinin nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır?
A) Opistorxoz

B) Klonorxoz

C) Paroqonimoz

D) Fassialyoz

E) Teniazinxoz
Teniarinxozlu insan yaxşı bişməmiş mal ətini yedikdə yoluxduğuna görə, mal qaranın otlaq yerlərinin xəstə insanların nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır. Bu məqsədlə yerlərdə qapalı ayaqyolular tikilməli və əhali arasında sanitar maarifi işi gücləndirilməlidir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 84
950) 7 nəfərlik ailədə 4 uşaqda bizquyruq aşkar edilibsə tibb işçisinin vəzifəsi nə olmalıdır?
A) Xəstə uşaqları ailədən ayırmaq

B) Xəstə uşaqları müalicə etmək

C) Digər 3 nəfəri müayinə etmək

D) Xəstə uşaqların paltarlarını dezinfeksiya etmek

E) Ailəsinin bütün üzvlərini müalicəyə cəlb etmək
Enterobioz kontakt yolu ilə keçdiyinə görə ailədə 1 nəfərdə olarsa, digər ailə üzvləri də yoluxa bilir. Odur ki, bu halda ailənin bütün üzvləri müalicə olunmalıdır. Sağaldıqdan sonra kontrol analizlər aparılmalıdır.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 98
951) Bronxial selik, bəlğəm hansı ibtidai paraziti aşkar etmək üçün müayinə edilir?
A) Plazmodium

B) Leyşmaniya

C) Agız triximonadı

D) Balantidiya

E) Lyambliya
Trixomonadın bir növü də ağızda parazitlik edir. bunu aşkar etmək üçün bronxial selik və bəlğəm müayinə edilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 38
952) Öskürmə, sinədə ağrılar, təngənəfəslik və s. hansı helmintoz zamanı müşahidə edilir?
A) Enterobioz

B) Exinokokkoz

C) Trixenelloz

D) Trixosefalyoz

E) Humenolepidoz
Exinokokk müxtəlif daxili orqanları, həmçinin ağ ciyərləri də zədələyir. Plevra və ağ ciyərdə qovuqcuqlar əmələ gələrsə xəstədə öskürmə, döş qəfəsində ağrılar, təngənəfəslik halları müşahidə edilir.
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 91


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin