172) Tulyaremiya xəstəliyində infeksiya mənbəyiaşağıdakılardan hansıdır?
A) Qida məhsulları
B) Xəstə insanlar
C) Qan soran həşəratlar
D) Quşlar
E) Dovşanlar, siçanlar
Tulyaremiya xəstəliyində infeksiya mənbəyi dovşan və siçanlar sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 243
173) B hepatitinin yoluxma mexanizmi necədir?
A) Fekal - oral
B) Transmissiv
C) Məişət - təmas
D) Parenteral
E) Aerogen
B hepatitinin yoluxma mexanizmi parenteral yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
174) B viruslu hepatitində infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Xəstə heyvanlar
B) Sperma
C) Quşlar
D) Qan
E) Kəskin və xroniki formalı xəstələr və xroniki HBs Ag gəzdiriciləri
B viruslu hepatitində infeksiya mənbəyi kəskin və xroniki formalı xəstələr və xroniki HBs Ag gəzdiriciləri sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 201
Dostları ilə paylaş: |