662) Əsas mübadilə nədir? A) Sutka ərzində orqanizmin sərf etdiyi enerjinin miqdarı
B) Bir saatda sərf olunan enerjinin miqdarı
C) Fiziki iş zamanı orqanizmin sərf etdiyi enerjinin miqdarı
D) Nisbi sakitlik halında, adi otaq temperaturunda orqanizmin itirdiyi enerjinin miqdarı
E) Zehni iş zamanı itirilən enerjinin miqdarı
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности. Р.Д.Габович. Гигиена. 1991.
663) Yorulma nədir? A) Üzv və sistemlərdə baş verən patoloji dəyişikliklər
B) İş qabiliyyətinin uzun müddət itirilməsi
C) Əmək qabiliyyətinin yüksək səviyyəsi
D) Orqanizmin şərti reflektor reaksiyası
E) İş qabiliyyətinin müvəqqəti azalması
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности. Р.Д.Габович. Гигиена. 1991.
664) Yorulmanın baş vermə səbəbi nədir? A) Su-duz balansının pozulması
B) Əzələ toxumasında süd turşusunun miqdarının artması
C) Oyanma və tormozlanma proseləri arasında tarazlığın pozulması
D) Üzv və sistemlərin patoloji dəyişikliyi
E) İstehsalat şəraitinin qeyri – düzgün təşkili
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности. Р.Д.Габович. Гигиена. 1991. 665) Həddindən artıq yorulma nədir? A) Uzun müddətli iş zamanı orqanizmdə baş verən patoloji dəyişikliklər
B) Üzv və sistemlərdə baş verən bioloji dəyişikliklər
C) Üzv və sistemlərdə gedən fizioloji dəyişikliklər
D) Orqanizmdə enerjinin tükənməsi
E) İş qabiliyyətinin müvəqqəti azalması
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности. Р.Д.Габович. Гигиена. 1991. 666) Bu tədbirlərdən hansı yorulmanın qarşısının alınmasında effektli deyil? A) Əmək və istirahət rejiminin təşkili
B) Fiziki hərəkətlər və məşq etmək
C) İş günün qısaldılması
D) İstehsalat proseslərinin avtomatlaşdırılması
E) Şəxsi gigiyena qaydalarına əməl etmək
Ədəbiyyat: A.A.Каспаров.Гигиена труда и промышленности. Р.Д.Габович. Гигиена. 1991.