80) Bağırsaq infeksiyalarının sudan yoluxmasının səbəbi nədir? A) Əhalinin sanitar mədəniyyətinin aşağı olması
B) Keyfiyyətsiz sudan istifadə edilməsi
C) Su kəməri və ya kanalizasiya şəbəkəsinin qəzası
D) Əhalinin qidalanmasının pisləşməsi
E) Sabit aydın hava
81) Bağırsaq infeksiyaları ilə mübarizənin əsas istiqamətləri hansıdır? A) İnfeksiya mənbəyinin aşkar edilməsi və zərərsizləşdirilməsi
B) Təmasda olanların kimyəvi profilaktikası
C) Törədicilərin keçmə yollarının kəsilməsi
D) Dispanser müşahidəsi
E) Meyilli kontingentlərin immunlaşdırılması
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006 82) Qarın yatalağı və paratif A-da infeksiya mənbəyi hansıdır? A) Su, torpaq
B) Gəmiricilər
C) Xəstə heyvan
D) Quşlar
E) Xəstə şəxs
83) Qarın yatalağı ocağında hansı tədbirlər aparılır? A) Yalnız nəm üsulla təmizləmə
B) Evlərin havasının dəyişdirilməsi
C) Yalnız cari dezinfeksiya
D) Son dezinfeksiya
E) Profilaktiki dezinfeksiya
84) Qarın yatalaqlı xəstələrə qarşı hansı tədbirlər aparılır? A) Adətən evdə təcrid edirlər
B) Mütləq hospitallaşdırılırlar
C) Epidemik göstəricilərə görə hospitallaşdırılırlar
D) Kliniki göstəricilərə görə hospitallaşdırılırlar
E) 25 gün tibbi müşahidə altında olurlar
85) Qarın yatalağında kimlər dispanser müşahidə olunurlar? A) Qida müəssisələrində işləyən şəxslər
B) Təmasda olan şəxslər
C) Xəstəliyi keçirənlər
D) Uşaq müəssisələrində işləyən şəxslər
E) Uşaqlar