987) Kimyəvi zədələnmə ocağında ilk tibi yardımın əsas tədbirlərinə nə aid deyil? A) Xəsarət almışların zədə ocağından çıxarılması
B) Qanaxmanın daimi dayandırılması
C) Natamam sanitar təmizləmənin aparılması
D) Antidotların vurulması
E) Əleyhqazların geyindirilməsi
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
988) Dəm qazı ilə zəhərlənmələrdə yardımın hansı növü xarakterik deyil? A) Mədənin zondla yuyulması
B) Tənəffüs mərkəzini oyadan dərman vermək
C) Ürəyin qapalı massajı
D) Süni tənəffüs vermək
E) Təmiz havaya çıxarıb naşatır spirti iylətmək
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
989) Fövqəladə hallarda zədələnmişlərin müalicə-evakuasiya tədbirlərinə hansılar daxildir? A) Terapevtik yardım
B) Zədələnmişlərin həmin ərazidən evakuasiya olunması, ilk tibbi yardım və müalicəsinin göstərilməsi
C) Yaralıların çeşidlənməsi
D) Tibbi evakuasiya mərhələsində göstərilən yardım
E) İxtisaslaşmış yardım
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
990) Fövqəladə vəziyyətdə təxirə salınmaz tibbi yardım xidmətinin əsas vəzifəsi hansıdır? A) Tibbi qurumların və müəssisələrin yaradılması
B) İradəetmə orqanlarının yaradılması
C) Tibbi qurumların şəxsi heyət tərkibinin sağlamlığının qorunması
D) Tibbi kadrların hazırlanması
E) Vaxtında və effektli tibbi yardımın göstərilməsi
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. «Медицина катастроф» Москва
991) Ekstremal vəziyyətlərdə mülki müdafiə tibb xidməti tərəfindən hansı tədbirlər həyata keçirilir? A) Vaxtında təxirəsalınmaz yardım göstərilməsi və xəsarət almışların köçürülməsi
B) Sanitar itkilərin aradan qaldırılması
C) Ocağa ümumi mülki müdafiə qurumlarının yeridilməsi
D) Deqazasiyanın aparılması
E) Sanitar-gigiyenik tədbirlərin aparılması
Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı. 2008