298) B hepatitinə qarşı vaksin nə vaxt vurulur?
A) Uşağın həyatının 4-7-ci günü
B) Uşağın həyatının ilk 12 saatında
C) 2, 3, 4 ayında
D) 18 ayında
E) 12 ayında
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
299) C virus hepatitində keçmə mexanizmi necədir?
A) Parenteral, cinsi
B) Qan soran həşəratlar
C) Aerogen
D) Məişət-kontakt
E) Fekal-oral
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
300) Hal-hazırda insektisidlərin hansı forması işlənmir?
A) Karandaş
B) Sabun, şampun, məlhəm
C) Məhlul
D) Losyon ( məsələn: nittiper )
E) Toz, dust
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006
301) Dezinfeksiya hansı məqsədlə aparılır?
A) Buğumayaqlıların məhv edilməsi
B) Xarici mühitdə patogen mikrobların məhv edilməsi
C) Ev və vəhşi quşların məhv edilməsi
D) Heyvanların məhv edilməsi
E) Gəmiricilərin məhv edilməsi
Ədəbiyyat: Л.Р.Зуева.Р.Х.Яфаев. Эпидемиология.2006
302) Dezinseksiya hansı məqsədlə aparılr?
A) Xarici mühitdə patogen mikrobların məhv edilməsi
B) Heyvanların məhv edilməsi
C) Gəmiricilərin tələf edilməsi
D) Sahibsiz itlərin və pişiklərin tutulması
E) Həşəratların tələf edilməsi
Ədəbiyyat: Л.Р.Зуева.Р.Х.Яфаев. Эпидемиология.2006
303) Buxarla işləyən kameralarda nəyi zərərsizləşdirmək olar?
A) Yataq əşyaları ( döşək, yorğan, balış )
B) Dəridən hazırlanmış geyimlər (əşyalar)
C) Qab-qacaq, oyuncaqlar
D) Rezindən hazırlanmış ayaqqabılar
E) Kitab, dəftər
Ədəbiyyat: Л.Р.Зуева.Р.Х.Яфаев. Эпидемиология.2006
304) Tibb müəssisələrində əllərin dezinfeksiyası üçün neçə faizli xloramin məhlulundan istifadə edilir?
A) 40 % - li
B) 0,5 % - li
C) 15 % - li
D) 20 % - li
E) 10 % - li
Ədəbiyyat: Л.Р.Зуева.Р.Х.Яфаев. Эпидемиология.2006
Dostları ilə paylaş: |