8 sentyabr 1961-ci ildə de Qolla "Gizli ordu təşkilatı" tərəfindən hazırlanmış sui-qəsd edilir. Əlcəzairdəki müharibə 18 mart 1962-ci ildə Evianda bağlanan ikitərəfli razılaşma əsasında mümkün olur. Bundan sonra referendum keçirən Əlcəzair müstəqillik qazanır. Bunun arxasınca onlarla Afrika dövlətləri və o cümlədən Vyetnam və Kombodca da müstəqillik qazanır. Bununla Fransa imperiyası dağılmış olur. Bu arada de Qollun əsas məqsədi dünyada ABŞ və SSRİ tərəfindən formalaşan yeni siyasi mühitdə Fansanın rolunu gücləndirməkdən ibarət idi.