Birinci Dünya müharibəsi. Birinci dünya müharibəsi zamanı 12 avqust 1914-cü ildən de Qoll 5-ci ordunun tərkibində hərbi döyüşlərdə iştirak edir. Üç gün sonra Dianada o yaralanır və ordu sıralarına müalicə olunduqdan sonra oktyabr ayında qayıda bilir.10 mart 1915-ci ildə Menil-le-yurlu ətrafında gedən döyüşlərdə o yenidən yaralanır. 33-cü alaya qayıtdıqdan sonra onun rütbəsi artılır və o kapitan kimi rota komandiri olur. Verden döyüşlərində Duomon kəndində (1916) o üçüncü dəfə yaralanır. Döyüş meydanında atılmış de Qoll Fransa rəhbərliyi tərəfindən ölümündən sonra hərbi mükafatlara layiq görülür. Ancaq o sağ qalır. Onu düşmən tərəfi Maysen hərbi hospitalında müalicə edirlər və qəsrdə həbsdə saxlayırlar.