İkinci Dünya müharibəsi. İkinci dünya müharibəsi başlayan anda de Qoll polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komandanlıq etməyi həvalə edirlər (5000 əsgər və 85 tank). İyun ayının 1-dən o briqada generalının vəzifəsini icra etməyə başlayır.
Bu vəzifə müharibənin başlanması ilə əlaqədar olaraq rəsmi təsdiq oluna bilmir və o müharibədən sonra yalnız polkovnik pensiyası alır. 6 iyunda baş nazir Pol Reyno onu müdafiə nazirinin müavini vəzifəsinə təyin edir. Bu vəzifədə olan general barışıq şərtlərini qəbul etmir və 15 iyunda hökumət marşal Petenə keçdikdən sonra o Böyük Britaniyaya mühacirət edir.