197
mayan, lakin klassik ədəbiyyatımızda bol-bol işlənən "yavuq"
(yaxın) sifəti yuxarıdakı sözlərlə eyniköklüdür və "yavumaq" fe-
ilindən düzəlmişdir: yavu + q (müqayisə et: soyu + q). "Yavuq"
sifəti, eləcə də ondan düzəlmiş "yavuqluq"
ismi də qədim türk
sözlərindəndir. Bunu həmin sözlərin qədim türk mətnlərində iş-
lənməsi sübut edir. Qədim türk mətnlərində "yavutmaq" və "ya-
ğutmaq" feilləri də müvafiq olaraq "yaxınlaşmaq" və "yaxınlaş-
dırmaq" mənalarında işlənmişdir . Bu sözlər yuxarıdakı feillərin
fonetik variantları sayıla bilər. Orta yüzilliklərə aid digər Azər-
baycan-türk mətnlərində bu sözlərin heç birinə rast gəlmirik.
Maraqlıdır ki, Əbu Həyyanın 712/1313-cü ildə tamamladığı "Ki-
tab əl-idrak li-lisan əl-ətrak" əsərində "yavutmaq"
feilinə rast
gəlmirik. Türk dilinə dair bu dəyərli qaynaqda eyni mənada "ya-
vuqlatmaq" feli işlənmişdir
1
. "Yavuq”sifətindən düzəlmiş bu fe-
lə əsasən düşünmək olar ki, eynimənalı "yavutmaq" və "yavuq-
latmaq" feillərindən birinin bu sözün daha qədim və əski varian-
tı, ikincisi isə nisbətən sonrakı dövrün məhsuludur. Onu da əlavə
edək ki, "yavuq” sifətindən "yavuqlaşmaq" (yaxınlaşmaq)
feili
də düzəlmişdir ki, o, yaxın dövrə qədər Azərbaycan ədəbi dilin-
də geniş işlənmişdir. Müasir ədəbi dilimizdə isə "yavuqlaşmaq"
lekseminin işlənmə dairəsi daralmış və onun yerini eynimənalı
"yaxınlaşmaq" feili tutmuşdur.
Dostları ilə paylaş: