198
İndi isə tərcümədə qeydə aldığımız və orta əsrlər Azərbay-
can yazılı abidələrində işlənən türk mənşəli
semantik arxaizm-
lərə
nəzər salaq. Qeyd edək ki, bu
qəbildən olan sözlər daha
çoxdur və onlar içərisində feillər üstünlük təşkil edir.
Ağırlamaq
– əzizləmək, hörmət etmək
:
Mən təam almaz idim səndən dedi,
Bir kişi mundə məni
ağırladı
.
Ağırlamaq
sözü
istər qədim türk mətnlərində, istərsə də
Azərbaycan yazılı abidələrindən "Kitabi-Dədə Qorqud”da, Şira-
zinin "Gülşəni-raz" tərcüməsində işlənmişdir.
Feilin kökündə
çağdaş ədəbi dilimizdəki "ağır" sifəti dayanır. "Ağırlamaq" feili
çağdaş türk dilində eyni mənada işlənir
1
.
Arıtmaq
– təmizləmək
:
Dişlərini
arıdur
anıŋ təmam,
Uçubən gedər, həvayə şadkam
.
"Arıtmaq" feili istər XI-XIV əsrlərə aid türkdilli mətnlərdə,
istərsə də Azərbaycan yazılı abidələrindən Nəsimi “Divan”ında
və "Şühədanamə"də işlənmişdir. “Arıtmaq"
feili dilimizin şivə-
lərində "arıtdamaq” şəklində işlənir
2
. Tərcümədə "arı" ismindən
düzəlmiş “arınmaq” (təmizlənmək) feili də işlənmişdir:
Nəhri-heyvanə girə anlar yenə,
Tənlərindən damu zəxmi
arına.
Bu feil, Nəsimi “Divan”ında və "Oğuznamə"də də işlənmiş-
dir. Qədim türk mətnlərində feilin daha çox "arımaq"
şəklində
işləndiyi qeyd olunur. Kaşğari isə onu iki şəkildə: "arımaq",
1
Турецко-русский словарь. М., 1980, с.29
2
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Ic., Bakı. 1967, səh.188
199
"arınmaq" işlətmişdir. "Arınmaq" feili XIV-XVII əsrlər türkdilli
yazılı abidələrdə geniş yayılmışdır
1
.
Dostları ilə paylaş: