208
“Geyəsü” sözü eyni mənada "Oğuznamə"də və "Şühədana-
mə”də “geyəsü” və "geyəsi" şəklində işlənmişdir. XIV-XVII əsr-
lərə aid türkdilli yazılı abidələrdə də bu söz qeydə alınmışdır
1
.
Gidərmək
- yox etmək, aradan qaldırmaq, ğötürmək:
Həm dəxi bu vaqiənin hörməti,
Bu zəifədən
gidər
bu zəhməti.
“Gidərmək” sözü eyni mənada "Kitabi- Dədə Qorqud"da və
“Şühədanamə”də işlənmişdir. Bu leksem “Orta Asiya təfsiri”ndə
də qeydə alınmışdır. V.Radlov da “gidərmək” sözünü qeydə ala-
raq onun "qovmaq", “yox etmək” mənalarını göstərmişdir
2
.
Xancaru
– hara, haraya:
Pəs, yenə dedim ki, ey ata, degil,
Xancarudadır
atam, bir söyləgil.
"Xancaru" düzəltmə sözdür və "xanca+ru"
tərkib hissələ-
rindən ibarətdir. Məlum olduğu kimi, -ru şəkilçisi sözlərin sonu-
na artırılaraq istiqamət bildirir. Maraqlıdır ki, "xancaru" sual
əvəzliyi əski türk mətnlərində yalnız "qanca" şəklində, yəni
-ru
şəkilçisiz işlənmişdir. Orta əsrlərə aid türkdilli yazılı abidələrdə
isə sözün hər iki şəkli (qancaru/xancaru) işlənsə də, "qancaru"
üstünlük təşkil edir. Deməli, "qancaru" sual əvəzliyi türk dilləri-
nin əski qatlarında "qanca" şəklində
işlənmiş və -ru şəkilçisi
sonradan ona əlavə edilmişdir. Maraqlıdır ki, sözün "xancaru"
şəklinə yalnız Azərbaycan ərazisində köçürülmüş əlyazmalarda -
"Əsrarnamə"də, "Şühədanamə"də, Nəsimi “Divan”ında və Həqi-
1
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş
taniklariyle Tarama
sözlügü I-VI s. Ankara, 1941 -1945.səh.1582-1584
2
Пайизов М.Г. Тюркоязычный переводный памятник XVI века "Тард-
жуман ас-Сихах" (лингвопалеографический анализ). Канд.дисс., Баку,
1987. с.11,1623
209
rinin "Leyli və Məcnun" məsnəvisində rast gəlirik.
Professor
Əmir Nəcib "oğuz şairi Qazı Bürhanəddinin" “Divan”ında da bu
sözün "xancaru" şəklində işləndiyini qeyd edir. "Dastani-Əhməd
Hərami"də isə bu söz "necə" mənasında işlənmişdir:
Dedi, bunlar əgər bizdən olaydı.
Bu vaxtın
qancəri
seyran qılaydı
1
.
Dilimizin qərb qrupu şivələrində bu söz "hancarı", "hən- cə-
ri" şəklində yalnız "necə" və "nə cür" mənalarında işlənir
2
.
Dostları ilə paylaş: