Sayali sadiqova


Üləşdirmək  - paylamaq, bölüşdürmək:    Aldı Sabit çün  üləşdirdi



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə125/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   121   122   123   124   125   126   127   128   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Üləşdirmək
 - paylamaq, bölüşdürmək: 
 
Aldı Sabit çün 
üləşdirdi
 anı,
Oğlanın xeyrinə, ey canım canı. 
“Ülüş” ismindən düzəlmiş bu feil qədim türk mətnlərində, o 
sıradan “Kutadğu bilig”də, "üləmək", "Divanü lüğat-it-türk" də 
"üləşmək", "Müqəddimətül-adab"da "ülüşmək" və "ülüştürmək", 
Qütbün "Xosrov və Şirin" tərcüməsində "ülüşdürmək", "Ət-töh-
fə"də isə "ülüştirmək" və "ülüləmək" şəklində işlənmişdir Bu fe-
lə "ülüşmək" şəklində "Kitabi-Dədə Qorqud"da, Suli Fəqihin 
"Yusif və Züleyxa" məsnəvisində və "İxtiyarat”'da rast gəlirik . 
XIV-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə "üləşmək" və 
"ülüştürmək" feilləri geniş yayılmışdır. Həzini tərcüməsində bu 
feillə eyni kökdən olan "ulaşdırmaq" (yetirmək, çatdırmaq, bir-
ləşdirmək) sözü də işlənmişdir: 
 
Aydalar kim, ol güruhi siz rəvan,
Damuya 
ulaşdırın
 uşbu zaman. 
"Ulaşdırmaq" leksemi də orta əsrlər yazılı abidələrində ge-
niş yayılmışdır. 
 
Üliş
 - pay, hissə

 
Cürmini ümmətlərin mən, ya rəsul,
Dört 
ülişdən
 birini qıldım qəbul. 
"Üliş" ismi əski türk run yazılarında "ülüq", XIV əsr yazılı 
abidələrində isə "ülüş” kimi qeydə alınmışdır. Samət Əlizadə bu 
sözün "Şühədanamə"də işləndiyini və Siyəzəndə qorunub sax-
landığını göstərmişdir
1

1
Əlizadə S. "Şühədanamə"də adlar (isim, sifət, say, əvəzlik). Nam. diss., 
Bakı, 1965, səh.151


219 
Varı
 - bütün, hamısı: 
 
Çünkim bu hal ilən gördüm anları,
Titrədi yapraq kimi ə'zam 
varı.
 
Bu sözə qədim türk mətnlərində "barı" şəklində rast gəlirik
1

"Varı" sözü Azərbaycan yazılı abidələrində geniş yayılmışdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin