Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə124/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   120   121   122   123   124   125   126   127   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Uğramaq
 - rastlaşmaq, görüşmək, üz-üzə gəlmək: 
 
Bir ərəb 
uğrar
 yenə yolda aŋa,
Ya Əli,- der dəvəŋi satgil maŋa

1
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı,1988, səh.50 


217 
Əski türk sözlərindən olan "uğramaq" eyni mənada həm qə-
dim türk mətnlərində, həm də orta əsrlər Azərbaycan yazılı abi-
dələrində işlənmişdir. 
 
Ulalmaq
 - böyümək, ucalmaq, artmaq

 
Mallu olan kişi köŋli ulalur.
Həm rübubiyyətə ol də'va qılur...
Der ki, ömrün keçdi
ulaldı
 yaşın,
Sümügün incəldi, həm titrər başın.
“Ulu” sifətindən düzəlmiş bu feil əski türk run yazılarından 
tutmuş Qütbün “Xosrov və Şirin" əsərinədək bir dövrü əhatə 
edən türkdilli yazılı abidələrdə bol-bol işlənmişdir. “Ulalmaq” 
felinə yazılı abidələrimizdən "Kitabi-Dədə Qorqud”da, “Dasta-
ni-Əhməd Hərami"də, Füzulinin dilində və başqa türkdilli yazılı 
abidələrdə də rast gəlirik
1
. Bu feil müasir türk dillərindən yalnız 
türkmən dilində olduğu kimi işlənir.
 
Uru durmaq
 - dik qalxmaq, sıçrayıb araya çıxmaq: 
 
Səcdədən baş qaldırıb 
durdı uru

Vardı mənzilə baxa ol mahru

Tərkibin birinci tərəfi qədim türk mətnlərində "ərə" və 
“örü” şəklində "durmaq" feili ilə eyni mənada qoşa işlənməklə 
yanaşı, ayrılıqda "yuxarı", "düz", "şaquli", "sütün" mənalarını da 
daşımışdır. "Uru durmaq" mürəkkəb feli “Kitabi-Dədə Qor-
qud”da, "Dastani-Əhməd Hərami"də, Mustafa Zəririn və Suli 
Fəqihin "Yusif və Züleyxa" əsərlərində, “Əsrarnamə”də və Fü-
zulinin dilində çox işlənmişdir
2

1
Dastani-Əhməd Hərami (tərtibçi Ə.Səfərli). Bakı, 1978, səh.41
2
Mirzəyev A. Cami, Nəvai və Füzuli yaradıcılığında "40 hədis". Bakı, 1997, 
səh.158 


218 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin