I.
Kalka yolu ilə yaranan ikitərkibli termin-söz birləşmələrini
nitq hissələrinin iştirakına görə aşağıdakı qruplara ayırmaq olar:
a/ hər iki komponenti isim olan terminlər:
/İ+İ/ kürə səthi
/поверхность шаровая/, ədədlər çoxluğu /совокупность чи-
сел/, qüvvət funksiyası /степенная функция/, toplama cədvəli
/таблица сложения/, kök işarəsi /знак корня/, Om qanunu
/закон Ома/, güzgü səthi /зеркальная поверхность/
b/ tərəflərindən biri sifət, o biri isim olan terminlər
: /S+İ/.
Məsələn, alçaq tezliklər /низкие частоты/, sonsuz azalan
/уменьшаться бесконечно/, kəsik konus /усеченный конус/,
funksional tənlik /функционного уравление/, rəngsiz maye
/жидкость бесцветная/, dişli mexanizm /зубчатый механизм /.
c/ -i, -vi, -varı şəkilçisi qəbul etmiş bir sifət və bir isim bir-
ləşərək yeni termin əmələ gətirir
: məcburi rəqslər /внутренный
колебания/, daxili təzyiq /давление внутренная/, daxili enerji
/енергия внутренная/, zənciri kəsr /ценная дробь/, pilləvari
funksiya /ступенчатая функция/, məxsusi ədəd /число
собственное/, ədədi fəza /пространство арифметическое/, tər-
simi həndəsə /начертательная геометрия/, ulduzvari çoxbucaq-
lı /звездчатый многоугольник/, dairəvi konus /круговой
конус/, dairəvi silindr /круговой силиндр/.Bu birləşmələrdə si-
fət təyinedici funksiya daşıyır.
ç/ birinci tərəfi feli sifət, ikinci tərəfi isimdən ibarət olan
terminlər
/F
s
+İ/, modullaşmış rəqs /колебание модилирова-
ние/, səpələnmiş şüalar /лучи рассеянные/, dəyişən gərginlik
/напряжение изменяшееся/, uyuşan sistem /совместная сис-
тема/, ümumiləşmiş funksiya /обобшенная функция/, yarayan
vektorlar /допустимые векторы/, növbələnən kod /переме-
жаюшийся код/, tənzimlənən proses /регулируемый процесс/,
sönən rəqs /колебание затухаюшее/.
297
d/ birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olan termin-
lər:
birinci sarğac /катушка первичная/, birinci sarğı /первич-
ная обмотка/, birinci harmoniya /гармония первая/, üçüncü
şüalar /лучи третичные/, beşinci tərtib /пятого порядка/, üç
hissəyə bölmə / трихотания /üçoxlu /техосный/, üçqat inteqral
/тройной интеграл/, birinci növ xəta /ошибка первого рода/,
sıfır vəziyyət /нулевое состояние/.
Kalka yolu ilə yaranan ikikomponentli terminlərdən termi-
nologiyada ən çox işlənən sifət-isim, isim-isim quruluşlu birləş-
mələrdir. Bu da terminlərin sistemləşdirilməsinin daha qanuna-
uyğun halıdır. Terminologiyanın zənginləşməsi üçün Azərbay-
can dilinin daxili inkişaf qanunları o qədər zəngindir ki, nəinki
ikikomponentli, hətta üçkomponentli və daha çox komponentli
termin-söz birləşmələri də Azərbaycan dilinə kalka etmək olar.
Kalkaetmə üsulu ilə əmələ gələn üçsözlü terminlər də işlənmə
dairəsinə görə diqqəti cəlb edir. Bunlar da müxtəlif nitq hissələ-
rinin birləşməsi yolu ilə yaranır. Belə birləşmələri nitq hissələri-
nin iştirakına görə aşağıdakı qruplara ayırmaq olar:
1
/
hər üç komponenti isimdən ibarət terminlər
/İ+İ+İ/:
ümumdünya cazibə qanunu /закон всемирного тяготения/, dal-
ğa cəbhəsinin uzunluğu /длина фронта волны/, elektron hesab-
lama maşını /электронная вчислительная машина/, impulsla-
rın yaddasaxlama sxemi /схема запоминания импульсов/,
Nyuton binomu düsturu /формула бинома Ньютона/, Bul he-
sablama maşını / Булева вычислительная машина/,
2
/
Birinci tərəfi sifət, ikinci, üçüncü tərəfi isimdən ibarət
olan terminlər
: /S+İ+İ/ alçaq təzyiq sahəsi / область низкого
давления/, böyük ədədlər qanunu /закон больших чисел/, xətti
differensial tənlik /линейное дифференциальное уравнение/,
harmonik yırğalanmanın dövrü /период контрольный лимит/,
arifmetik əməllər qaydası /правило арифметических дей-
ствий/, ardıcıl əməl cəmləyicisi /сумматор последовательного
действия /
3
/
Birinci, ikinci komponenti sifət, üçüncü komponenti isim
olan terminlər
: /S+S+İ/ yüksək təzyiqli buxar /высокое дав-
298
ления пар/, kəsilməz dövri kəsr /периодическая непрерывная
дробь /, düz dairəvi konus /правильный круговой конус/, tipik
həqiqi funksiya /типично вышественная функция/, təsadüfi ef-
fektli model /модел со случайными эффектами/, tamam anali-
tik funksiya /полная аналитическая функция/
4
/
Birinci komponenti say, ikinci, üçüncü komponenti isim
olan terminlər
: /Say+İ+İ/ ikinci növ keçirici /проводник
второго рода/, üç cisim məsələsi /задача трех лет/, beş faktor
kriteriyası /критерий пяти факторов/, beşinci tərtib əyri
/кривая пятого порядка/, ikinci rübdə bucaq /второй
квадранте/
5
/
Birinci komponenti feili sifət, ikinci, üçüncü komponenti
isim olan terminlər
. /F
S
+İ+İ/ dəyişən cərəyan körpüsü /мост
переменного тока/, gətirilmiş xətti sistem /приведенная ли-
нейная система/, balanslaşdırılmış latın kvadratı /сбалансиро-
ванный латинский квадрат/, atılmış cismin trayektoriyası
/трайектория брошенного тело/, yüksəlmiş təzyiq sahəsi /об-
ласть повышенного давления/.
Yuxarıda verilmiş kalka yolu ilə əmələ gələn üçsözlü termin-
lərin rus və Azərbaycan dilində quruluşu aşağıdakı formadadır:
Burada kalka yolu ilə əmələ gələn terminlərin bir qisminin
quruluşu verilmişdir. Kalkaetmə prosesində bunları nəzərə al-
maq zəruridir.
№
Dostları ilə paylaş: |